Şriftin ölçüsü :

Saytın rəngi :

DAİM

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzi rayonda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına əməl edilməklə təşkilini və göstərilməsini təmin edir.

Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri:

1) Kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə tətbiq edilən güzəştlərdən və subsidiyalardan istifadə edə bilmələri üçün Kənd Təsərrüfatı Nazirliyinin qurumları ilə birlikdə tədbirlər həyata keçirir;

2) Aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə əməkdaşlıq qurur;

3) Aqrar sahədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsini təşkil edir;

4) Nazirliyin regionlarda fəaliyyət göstərən digər yerli qurumlarının fəaliyyətini əlaqələndirir;

5) Bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak edir, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi barədə Nazirliyə təkliflər verir;

6) Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin dəstəklənməsi üzrə qanunvericiliklə müəyyən olunmuş tədbirlər görür;

7) Rayon ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlərin görülməsində iştirak edir və bu sahədə təkliflər verir;

8) Kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədi ilə fermerlər və koordinasiya şuralarının yaradılmasına və fəaliyyətinə dəstək verir;

9)  Nazirlik tərəfindən həvalə edilən digər istiqamətlərdə fəaliyyət göstərir.

 

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN AĞDAM DÖVLƏT AQRAR İNKİŞAF MƏRKƏZİNİN 2026-CI İLDƏ VƏTƏNDAŞLARIN QƏBULU QRAFİKİ

Soyadı, adı, atasının adı

Vəzifəsi

Qəbul günləri

Qəbul vaxtı

Telefon №-si

1

Məmmədov Ramal Yahya oğlu

Direktor

I gün

III gün

V gün

Saat

1000-dan

Tel: (026) 325-07-88

2

Qarayev Elşən Akif  oğlu

Direktor müavini-Maliyyə-təsərrüfat sektorunun müdiri

II gün

IV gün

V gün

Saat

1000-dan

Tel: (026) 325-07-88

3

Məmmədov Sadəddin Rüstəm oğlu

Bitkiçilik sektorunun müdiri

II gün

III gün

IV gün

Saat

1000-dan

Tel: (026) 325-07-88

 

4

Baxşalıyev Ələddin Məhəmməd oğlu oğlu

Heyvandarlıq sektorunun müdiri

I gün

IV gün

V gün

Saat

1000-dan

Tel: (026) 325-07-88

 

 

   Qeyd:

  1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar müraciət etdikdə dərhal qəbul edilirlər.
  2. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun qəbul günləri bayram günlərinə düşdükdə qəbul növbəti iş gününə keçirilir.
  3. Qəbulla bağlı əlaqə telefonu: (026) 325-07-88

         Elektron müraciət ünvanı: agdam@agro.gov.az

https://maps.app.goo.gl/pydwmRiri4j48Sfx7

Keçidlər