Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon Mənzil İstismar İdarəsi

Ağdam rayon Mənzil İstismar İdarəsi dövlət mülkiyyəti əsasında yaradılıb, özünün adı olan möhürü, ştampı, müstəqil balansı, respublikanın banklarında hesablaşma hesabı və digər hesabları ola bilən hüquqi şəxsdir.

Ağdam rayon Mənzil İstismar İdarəsi təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərir, öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının sərəncamlarını və bu Əsasnaməni əldə rəhbər tutur.

  Ağdam rayon Mənzil İstismar İdarəsi Ağdam Rayon İcra Hakimiyyətinə tabedir.

Mənzil İstismar İdarəsinin ünvanı: Ağdam rayonu, Quzanlı qəsəbəsi H.əliyev pr yerləşir.

Mənzil İstismar İdarəsi gördüyü işlərə, göstərdiyi xidmətlərə və istehsal etdiyi məhsula

olan tələbatdan Mənzil İstismar İdarəsinin genişlənməsinə, sosial inkişafına dair tədbirlərinin təminatından işçilərin şəxsi gəlirlərinin yüksəldilməsi zərurətindən çıxış edərək öz fəaliyyətini müstəqil planlaşdırır və inkişaf prespektivlərini müəyyən edir.

Planların əsasını istehsal olunan məhsulun, görülən işlərin və göstərilən xidmətlərin istehlakçıları və maddi-texniki ehtiyatlarının tədarükçüləri ilə bağlanmış müqavilələr təşkil edir.

Mənzil İstismar İdarəsinin faaliyyat predmeti aşağıdakılardır:

- xidməti ərazisində yerləşən binalarda mənzil fondunun tərkib hissəsi olan yaşayış və qeyri-yaşayış sahələrinin mühəndis-texniki qurğularının saxlanması və cari təmiri;
         - yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrini təyinatı üzrə istifadəsinə nəzarət etmək;

- rayon ərazisinin xidmət sahəsinə daxil olan obyektlərinin lazımı sanitariya vəziyyətinin təmin edilməsi, əhaliyə eləcə də idarə, müəssisə və təşkilatların sosial-ictimai, sənaye, tikinti və digər obyektlərinə kommunal, məişət və təmir-tikinti xidmətlərinin göstərilməsi;

- bu məqsədlə Mənzil İstismar İdarəsinin digər tasarrüfat obyektlərinin mal və məhsullarından istifadə etməklə maddi-texniki bazasını zəruri olan əmtəələr ilə təmin edə və mal mübadiləsi apara bilər. Ticarət-tədarük, kommersiya və vasitəçilik xidmətləri göstərə bilər;

  • istehsalat və digər yardımçı sexlər, təsərrüfat hesablı işçi qrupları və xidmət sahələri, yardımçı təsərrüfat, topdansatış bazalarından digər hüquqi və fiziki şəxslərdən malların köçürmə yolu ilə ödənilməsini, istifadə olunmasını və satışını təşkil edə bilər;
  • Mənzil İstismar İdarəsi qanunvericiliklə qadağan olunmamış digər növ fəaliyyətlə də məşğul ola bilər.

Ağdam rayon Mənzil İstismar İdarəsinin məsul şəxsləri

S/S Vəzifəsi Adı, Soyadı, Ata adı Əlaqə nömrəsi

1. Rəis Əhliman İmanov İdris oğlu 050-702-78-87

Qəbul günləri : Həftənin I – V günləri saat:09:00-dan 12:00-kimi
e-poçt : agdammii64@gmail.com
iş günləri: həftənin 5 günü saat 09:00-dan 18:00 kimi
saat 13:00-!4:00 fasiləi

Keçidlər