Rayon ərazisində fəaliyyət göstərən idarələr
Ağdam Musiqi Kolleci Publik Hüquqi Şəxs
Təhsil müəssisəsinin yaradılması ideası Üzeyir Hacıbəyliyə məxsusdur. Beləki, 1934-cü ildə Ağdam yeddi illik musiqi məktəbi kimi yaradılmış təhsil müəssisəsi 1958/1959-cu tədris ilində Üzeyir Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbi , 1982-ci ildən isə Texnikum kimi fəaliyyətini davam etdirmişdir.
1993-cü ildə Ağdam rayonu işğal edildikdən sonra Texnikum Bərdə şəhərində fəaliyyət göstərmişdir.
Texnikum 2006-cı ildə Quzanlı qəsəbəsində yerləşən binaya köçmüş və bu günə kimi fəaliyyətini uğurla davam etdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 nömrəli qərarı ilə Ağdam Musiqi Texnikumu Ağdam Musiqi Kolleci adlandırılmışdır.
Kollecə 2021-ci ilə kimi aşağıdakı ixtisaslar üzrə DİM tərəfindən tələbə qəbulu həyata keçirilmişdir.
1.İnstrumental ifaçılıq (alətlər üzrə)
2.Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)
3.Musiqi nəzəriyyəsi
4.Xanəndəlik
5.Xor dirijorluğu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 avqust 2021-ci il tarixli F-410 nömrəli əmri ilə kollec üzrə aşağıdakı ixtisaslar təsdiqlənmiş və tələbə qəbulu həyata keçirilmişdir.
1.040309 -“İnstrumental ifaçılıq” (fortepiano, skripka, tar, kamança, ud, qanun,
qarmon, nağara, balaban, klarnet)
- 040318 -“Vokal sənəti”( xanəndəlik, vokal)
- 040302 -“Aşıq sənəti”
Ağdam Musiqi Kolleci 2024-cü ildən “Publik Hüquqi Şəxs” status alaraq Ağdam Musiqi Kolleci Publik Hüquqi Şəxsi adlandırılmışdır.
Kollecdə 2025/2026-cı tədris ilində qeyd edilən ixtisaslarda əyani təhsilalma forması üzrə 219 nəfər tələbə təhsil alır. İxtisaslı kadrların hazırlanması prosesini 190 nəfər pedaqoji heyyət həyata keçirir. Eyni zamanda inzibatı işçilərin sayı 36 nəfərdən ibrətdir.
Kollecin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji fəaliyyətlərinin səviyyəsini müəyyənləşdirmək və onların subbakalavr ixtisas dərəcəsi almaları məqsədilə qiymətləndirmənin aparılması üçün aşağıda göstərilən musiqi məktəbləri ilə ikitərəfli müqavilə əsasında qarşılıqlı əlaqələr qurulmuşdur.
1.Ağdam rayon Güllücə kənd uşaq musiqi məktəbi
2.Ağdam rayon Ş.Bayramov adına Xındırıstan kənd uşaq musiqi məktəbi
3.Ağdam rayon Qiyaslı kənd uşaq musiqi məktəbi
4.Ağdam rayon Əfətli kənd uşaq musiqi məktəbi
Direktor: Əməkdar artist Fehruz Əmirxan oğlu Məmmədov
Tədris işləri üzrə direktor müavini: Gülbəniz Fərhad qızı Fətullayeva
Email: agdam.musiqi@mail.ru
050 214 37 32
050 443 00 72






