Rayon ərazisində fəaliyyət göstərən idarələr
Ağdam rayonu üzrə təhsil sektoru
Ağdam rayonu üzrə təhsil sektoru-Qarabağ Regional Təhsil İdarəsinin yerli təhsil idarəsi funksiyasını yerinə yetirir. Sektor Ağdam rayonunun işğalından-yəni 1993-cü ildən 2022-ci ilin aprel ayınadək Ağdam Rayon Təhsil şöbəsi kimi fəaliyyətini Ağdam rayonu Quzanlı qəsəbəsində davam etdirmişdir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ildə Regional Təhsil İdarələri yaradılmış və yerli təhsil şöbələri ləğv edilmişdir. Yerli təhsil şöbələri təhsil sektorları olaraq Regional Təhsil İdarələrinin tabeliyinə verilmişdir. Bu səbəbdən Ağdam Rayon Təhsil Şöbəsi 2022-ci ilin 13 may tarixindən etibarən Qarabağ Regional Təhsil İdarəsinin Ağdam rayonu üzrə təhsil sektoru kimi öz işi həyata keçirməkdədir. Sektorda ümumilikdə 35 işçi fəaliyyət göstərməkdədir(6 məsləhətçi, 2 mütəxəssis, 20 mühasib, 7 texniki işçi).3 yer isə vakansiyadadır(Təchizat İstismar qrup rəhbəri, anbardar və mühasib vəzifələri).
Sektorun tabeliyində hal-hazırda 82 ümumi təhsil müəssisəsi, 34 məktəbəqədər təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Əlaqə məlumatları:
•Sektor müdiri: Abbasov Tahir Sabir oğlu
•Mobil: (+994) 50 327 80 28
* E-poçt: agdam@Barda.edu.gov.az






