Rayon ərazisində fəaliyyət göstərən idarələr
Ağdam Dövlət Peşə Təhsil Mərkəzi
Ağdam Dövlət Peşə Təhsil Mərkəzi (keçmiş 50 nömrəli Ağdam Texniki Peşə Məktəbi) 1969-cu ildə Ağdam şəhərində fəaliyyətə başlamışdır. Şəhərin işğalından sonra fəaliyyətini rayonun Quzanlı qəsəbəsində (Məşədi Abbas küçəsi, dalan 2) davam etdirən müəssisə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 28 noyabr 2024-cü il tarixindən etibarən Ağdam Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxs (PHŞ) statusu ilə fəaliyyət göstərir.Mərkəz tədris prosesini iki korpusda həyata keçirir:
* I korpus: Quzanlı qəsəbəsi;
* II korpus: Xındırıstan kəndi.
Müəssisədə müxtəlif ixtisaslar üzrə tam təchiz olunmuş emalatxanalar fəaliyyət göstərir ki, bu da tələbələrin nəzəri bilikləri təcrübədə mənimsəməsinə şərait yaradır.
Hazırda mərkəzdə 11 ixtisas üzrə 13 qrupda ümumilikdə 214 tələbə təhsil alır. Kadr hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır: “Dərzi”, “Kompyüter sistem inzibatçısı”, “Yolun və süni qurğuların cari təmiri və saxlanması üzrə briqadir", “Çilingər-santexnik",“Aqroservis mütəxəssisi”, “ Xalçaçı” , “Bitkiçilik mütəxəssisi” , “Heyvandarlıq mütəxəssisi", “Bərbər -vizajist,manikürçü”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru”, “Aşpaz" ixtisasları üzrə mərkəzdə ixtisaslı kadrlar hazırlanır.Tələbələrin peşəkar vərdişlərə yiyələnməsi məqsədilə Mərkəz regionun aparıcı müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu çərçivədə aşağıdakı qurumlarla müqavilələr imzalanmışdır:
* “Aqroservis” ASC (Ağdam rayon bölməsi);
* Ağdam Dəmiryol və Avtovağzal kompleksi;
* Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi.
Əlaqə Məlumatları
* Direktor: Əliyeva Xanım Allahverdi qızı
* Mobil: (+994) 50 459 21 11
* E-poçt: agdam2pm@vet.edu.az






