Rayon ərazisində fəaliyyət göstərən idarələr
Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) 2011-ci ildən fəaliyyət göstərir.
UADM tərəfindən ailə, qadın və uşaq məsələləri sahəsində müxtəlif sosial layihə və proqramları həyata keçirilir, həssas təbəqədən olan şəxslər, eləcə də ailələrlə psixososial iş aparılır, məişət zorakılığı, erkən və qohum evliliyi, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, həmçinin ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, ailə və gender mədəniyyətinin formalaşdırılması üzrə əhalinin maarifləndirilməsi, valideynlik bacarıqlarının və mütəxəssislərin peşəkarlığının artırılması istiqamətində təlim və tədbirlər təşkil edilir.
Mərkəzdə direktor, sosial pedaqoqlar və sosial iş üzrə mütəxəssislər çalışır.
ÜNVAN: Ağdam rayonu, Birinci Dördyol qəsəbəsi İcra nümayəndəliyinin inzibati binası
ƏLAQƏ NÖMRƏSİ: (+99426) 324-20-13
ELEKTRON ÜNVAN: ağdam@family.gov.az






