Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxs

SSRİ Nazirlər Sovetinin qərarı ilə 1925-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumu təsis edilmişdir. Bu təhsil müəssisəsinin yaranmasından bir neçə il sonra kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisasının bazasında Ağdam Kənd Təsərrüfartının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu yaradılmış və 2002-ci ilədək fəaliyyət göstərmişdir. 
1993-cü ildə Ağdam rayonu işğal olunduqdan sonra həmin texnikumlar öz fəaliyyətlərini Ağcabədi rayonunda davam etdirmişlər. Sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il 140 saylı qərarı ilə Ağdam Kənd Təsərrüfatı və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumlarının bazalarında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci  yaradılmışdır.
 2002-ci ildə yeni yaradılan Kollec əvvəlcə Ağcabədi rayonunda fəaliyyətə başlamış, Təhsil Nazirliyinin 27 avqust 2008-ci il tarixli məktubuna əsasən Ağdam rayonu Quzanlı qəsəbəsində əvvəllər kənd orta məktəbi üçün nəzərdə tutulmuş binada fəaliyyətini davam etdirir. 
Hal-hazırda Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə əyani təhsilalma forması üzrə 1223 nəfər, qiyabi təhsilalma forması üzrə isə 153, cəmi 1376 nəfər tələbə təhsil alır. Kollecdə 143 nəfər müəllim, 37 nəfər texniki işçi əmək fəaliyyətini icra etməkdədir. Kollecdə əyani təhsilalma forması üzrə Maliyə işi, Muhasibat uçotu, Nəqliyyat Vasitələrinin Texniki İstismarı, Yer qurluşu, Aqrar Fermer Təsərrüfatı, Baytarlıq, Aqronom, Elektrik, Kompüter Sistemləri və Kompleksləri, Poçt rabitəsi, Ailə və Ev Təhsili, Məktəbəqədər Təhsil, Fiziki tərbiyə müəllimliyi, ümimilikdə, 12 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. 
Sonuncu kurs tələbələrinin tədris və istehsalat təcrübəsində peşəkar vərdişlərə yiyələnməsi üçün aşağıdakı müəssisələrlə ilə sıx əməkdaşlıq edirik:                                     
Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi; 
Ağdam Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi; 
Azərişıq ASC Aran RETSİ-nin Ağdam Elektrik Şəbəkəsi; 
Azərpoçt MMC-nin Ağdam Mərkəzi Poçt,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət Agentliyinin Ağdam Rayon Baytarlıq İdarəsi; 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzi;
 Bərdə Regional ASAN Xidmət;
 Ağcabədi Regional ASAN Xidmət;
Daşınmaz Əmlakın Katastrı və Reyestri Xidməti
Əlaqə məlumatları:
Direktor:  Rüstəmli Neymət Qəzənfər oğlu 
Mobil: (+994) 505680712
Keçidlər