Vətən müharibəsi şəhidləri
Müşfiq Qabil oğlu Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlamış və 2 qardaşı ilə birgə Müşviq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlamışdı. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmiş, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdi.
Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçmüş və burada yaşamışdır. 31 mart 1998-ci ildə İntiqam adlı və 31 yanvar 2000-ci ildə Şamil adlı oğlu dünyaya gəlmişdir.
Hərbi Xidməti
Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etmədilər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq Vətən müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşmüş, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdir. Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanmışdır. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına Şəhid olmuşdur.
Ağdam rayon Quzanlı qəbirstanlığında Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
Vüqar Emin oğlu Vəliyev 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinifini yüksək qiymətlərlə bitirib.2013-2017-ci illərdə' Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır.
2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak etmiş və Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi qəbul olmuşdur.
Hərbi xidməti
2017-2018-ci illərdə həqiqi hərbi xidmətə olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Toğrul Tahir oğlu Murtuzayev 1997-ci il noyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.2004-cü ildə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbin I sinfinə qəbul olmuş və 2015-ci ildə Ağdam rayon 118 nömrəli köçkün tam orta məktəbin XI sinfini bitirmişdir.
Hərbi xidməti
2016-ci ilin yanvar ayında həqiqi hərbi xidmətdə olmuş və 2017-ci ilin iyul ayında hərbi xidmətdi başa vurmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Murtuzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.. Toğrul Murtuzayev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olmuş və Ağdam rayon Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Novruz Ələddin oğlu Əsgərov 1980-cı il dekabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 1986-ci ildə Ağdam Quzanlı kənd tam orta məktəbinin I sinfinə daxil olmuş və 1997-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1997-ci ildə Bakı Ali Birləşmış Komandanlıq Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.Sonralar hərbi təhsilini Türkiyə Respublikasında davam etdirmişdir.
Hərbi xidməti
Azərbaycan Ordusunun mayoru olan Novruz Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Novruz Əsgərov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təltifləri
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2014) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2019) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
(05.11.2021) - 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)
Elçin Cəmil oğlu Mahmudov 1998-cı il iyunun 7-də anadan olub. 2005-ci ildə Ağdam rayon 45 nömrəli köçkün tam orta məktəbinin I sinfinə daxil olmuş və 2016-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətdə olmuşdur.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Mahmudov oktyabr 02-sində Füzuli rayonun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — " Füzulinin azad olunmasına görə " medalı (ölümündən sonra)
Samir Vaqif oğluFərzəliyev 1996-cı il dekabrın 08-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. 2002-ci ildə Ağdam rayon Quzanlı qəsəsbə tam orta məktəbinin I sinfinə daxil olmuş və 2011-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətdə olmuşdur.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Fərzəliyev Samir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində və Agdərə rayonun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərzəliyev Samir oktyabr 15-ində Ağdərə rayonun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərzəliyev Samir ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərzəliyev Samir ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Elmir Süleyman oğlu Əliyev 1980-ci il noyabrın 22-də Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 1987–1993-cü illərdə Ağdam rayonunda Pirzatlı kənd tam orta məktəbində, 1993–1997-ci illərdə Bərdə rayonunda A. Məlikov adına Şorəlli kənd tam orta məktəbində təhsil alıb.
Hərbi xidməti
Elmir Süleyman oğlu Əliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq döyüşüb. Elmir Əliyev noyabrın 3-də Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Mədət Əzim oğlu Qənbərov 1996-cı il sentyabrın 26-də Ağdam rayonunun Mollalar kəndində anadan olub. 2001-ci ildə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbinin I sinfinə daxil olmuş və 2016-ci ildə İmamqulubəyli qəsəbə tam orta məktəbin XI sinfini bitirmişdir.2013-2017-ci illərdə GDU-nin Filologiya fakultəsində oxumuş və 2018-2019-cu illərdə Ağdam rayon 69 nömrəli köçkün ümumi orta məktəbində müəllim işləmişdir.2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Mədət Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan-Talış istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mədət Qənbərov oktyabrın 15-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qənbərov Mədət Əzim oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Nazir Xasay oğlu Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub.2007-ci ildə Ağdam rayon Soltanbud kənd tam orta məktəbin I sinfinə qəbul olmuş və 2018-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.2019-cu ildə həqiqi hərbi xidmətə başlamışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Nazir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nazir Allahverdiyev oktyabrın 24-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş və Ağdam rayon Çullu kənd qəbirstanlığında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
Tacir Xasay oğlu Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub.2007-ci ildə Ağdam rayon Soltanbud kənd tam orta məktəbin I sinfinə qəbul olmuş və 2018-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.2019-cu ildə həqiqi hərbi xidmətə başlamışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Nazir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nazir Allahverdiyev oktyabrın 24-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş və Ağdam rayon Çullu kənd qəbirstanlığında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
Baxış Sahib oğlu Əsədov 1999-ci il iyunun 30-da Ağdam rayonunun Aşağı Yüzbaşılı kəndində anadan olub.2005-ci ildə Ağdam rayon Yüzbaşılı kənd tam orta məktəbin I sinfinə qəbul olmuş və 2016-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Hərbi xidməti
Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu,əsgər Baxış Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Baxış Əsədov 28 sentyabr Suqovuşan istiqamətində gedən döyüşləri zamanı şəhid olmuş və Ağdam rayon Xındırstan kənd qəbirstanlığında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Səxavət Vəhab oğlu Məmmədov 1996-ci il sentyabrın 12-də Ağdam rayonunun Paşabəyli kəndində anadan olub. 2002-ci ildə Ağdam rayon Paşabəyli kənd tam orta məktəbin I sinfinə qəbul olmuş və 2013-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Hərbi xidməti
Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu,əsgər Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın, Füzulinin, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Səxavət Məmmədov 9 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş və Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Məmmədov ölümündən sonra "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə", medalları ilə təltif edilib.
Sərvan Mehman oğlu Göyüşov 1997-ci il fevralın 28-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.2003-cü ildə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbinin I sinfinə qəbul olmuş və 2014-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil almışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sərvan Göyüşov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olmuş və Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltiflər
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
(30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
Adəm Elçin oğlu Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. 2005-cü ildə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbinin I sinfinə qəbul olmuş və 2016-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir.
Hərbi xidməti
Adəm Elçin oğlu Əmirov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini N saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə müddətdən artiq hərbi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri təyin olunmuşdur.
Adəm Əmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
Xalid Mahmud oğlu Hassan 1995-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub.[1] Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindən idi. 1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlir və burada yaşamağa başlayır. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıdır və Xalid Hassan I sinfə Bərdə rayonu ərazisində fəaliyyət göstərən Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbə gedir. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan X sinifə qədər Almatı şəhərində təhsil alır. Ancaq yenidən Azərbaycana qayıdan Xalid Hassan Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbinin XI sinfini bitirmişdi. Ailəli idi. Məryəm adında bir qızı yadigar qaldı..
Hərbi xidməti
Xalid Hassan 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olmuş və Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Elvar Eldar oğlu Qasımov 1995-ci il fevralın 7-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, əsgər Elvar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Elvar Qasımov oktyabrın 5-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuş və Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
Anar Sərxan oğlu Yusifov 1991-ci il mayın 9-də Ağdam rayonunun Sarcalı kəndində anadan olub.1997-ci ildə Sarcalı kənd tam orta məktəbinin I sinifinə daxil olmuş və 2008-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.2008-ci ildə Ağdam Dövlət İqtisad Kollecində maliyyə-kredit fakultəsinə qəbul olur . 2010-cu ildə hərbi xidmətə getmişdir.2011-ci ildə hərbi xidməti başa vurmuşdur.
Hərbi xidməti
Əsgər Anar Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Anar Yusifov oktyabrın 31-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olmuş və Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
Səxavət Adıgözəl oğlu Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır.
Hərbi xidməti
1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.2010-cu ildə həqiqi hərbi xidmətini başa vurmuşdur.2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində xidmətə başlamışdır.
2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirmişdir. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir.
2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür.
Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
19 noyabr 2020-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Hikmət İldırım oğlu Səfərov 1972-ci il İyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur.1979-1989-cu illərdə Yusifcanlı kənd tam orta məktəbində təhsil almışdır.1989-1994-cu illərdə ali təhsil almışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda vəfat etmişdir.Bakıda II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
(29.12.2020) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
Elçin Fərhad oğlu Bağırov 1989-cu il aprelin 27-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur.1995-2006-ci illərdə orta təhsil alan zaman Bakı şəhərində fəaliyyət göstərən Ağdam rayon uşaq musiqi məktəbində də musiqi təhsili almışdır.
Hərbi xidməti
Elçin Bağırov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elçin Bağırov oktyabrın 1-də Talış istiqamətində şəhid olmuş və uzun müddət nəşi tapıla bilməmişdir. Nəşi tapılandan sonra 20 dekabr 2020-ci ildə dəfn olunmuşdur.
Təltifləri
(24.06.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Şəhriyar Nəsib oğlu Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olmuşdur. 1997-ci ildə Sumqayıt şəhər M. Füzuli adına 13 nömrəli tam orta məktəbin I sinifinə qəbul olmuş və 2008-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.
Hərbi xidməti
Şəhriyar Quliyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ilin 2-6 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
Vüsal Cəsarət oğlu Muradov 1999-cu il mayın 19-da Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonunun Qasımbəyli kəndindən idi. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi alaraq müharibəyə yollandı.
Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik leytenantı olan Vüsal Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Muradov oktyabrın 29-da Xocavənd döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
İsrafil Zülfüqar oğlu İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonunun İmamqulubəyli kəndindən idi. Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.
Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(15.12.2020) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
(29.12.2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra)
Məqsəd Mahir oğlu Həsənov 21 noyabr 1991-ci ildə Ağdam Şəhərində anadan olub.Məqsəd Həsənov İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məqsəd Həsənov oktyabrın 7-də Suqovuşan ətrafında gedən döyüşlərdə Şəhid olmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) [1]
(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) [2]
(29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra
Emil Rafael oğlu Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib.10 oktyabr 2020-ci ildə saat 11:30 radələrində Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlmişdir.O ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Qəşəm Süleyman oğlu İbrahimli 20 dekabr 1995-ci ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olub.2001-ci ildə İbrahimli Qəşəm Xındırıstan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbi bitirib. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 9 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin azad olunması zamanı qəhrəmancasına şəhid olub. 09 oktyabr 2020-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.O ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Əzim Fikrət oğlu Həsənov 13 iyun 1998-ci il tarixində Balakən rayonunda anadan olmuşdur.
2004-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olmuş və orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirmişdir. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgər olan Əzim Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzim Həsənov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. 30 oktyabr-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
Vasif Rəfail oğlu Məmmədov 01 may 2001-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
2007-cü ilin sentyabrında müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində fəaliyyət göstərən Cəbrail rayon 18 nömrəli köçkün tam orta məktəbin birinci sinfinə daxil olmuş və orta məktəbi 2018-ci ildə əla qiymətlərlə məktəbi bitirmişdir. Ağdam rayonundan idi, atası Rəfail Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgər olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vasif Məmmədov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. 07 oktyabr-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Yasən Yelmar oğlu Əhmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı atası Yelmar Əhmədovun xidmətdə olduğu Ağdam rayonunun "N" saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başladı. 1993-cü ildə Ağdam Həbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı və 1994-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən "baş çavuş" hərbi rütbəsi alaraq Motoatıcı Bölüyün Komandiri vəzifəsinə təyin olundu. 1993-2002-ci illərdə "N" saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Yasən Əhmədov, 2002-ci ildə ehtiyata buraxılıb.
2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində olan Yasən Əhmədov, 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı və təyinata əsasən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam elədi. 2017-ci ildən Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 14 gün Koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri
(26.06.2004) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2009) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2014) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021)-"Cəsur döyüşcü"medalı
(05.11.2021) - 3-cü dərəcli "Vətənə xidmətə görə"ordeni (ölümündən sonra)
Sadiq İbrahim oğlu Səmədov 2000-ci il iyulun 13-də Yevlax rayonunda anadan olmuşdur.2006-ci ildə Ağdam rayon 23 nömrəli köçkün tam orta məktəbin I sinifinə daxil olmuş və 2017-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.
Hərbi xidməti
Sadiq Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sadiq Səmədov oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) - "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Elton Ramil oğlu Məmmədov 2000-ci il aprelin 14-də Bərdə rayonunda anadan olmuşdur. 2006-ci ildə Ağdam rayon 23 nömrəli köçkün tam orta məktəbin I sinifinə daxil olmuş və 2017-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.Şəhid Sadiq Səmədovla həm sinif yoldaşı həmdə yaxın dost olmuşlar.İki dost eyni döyüşdə Suqovuşanda eyni gündə şəhid olmuşlar.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Elton Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elton Məmmədov oktyabr 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) - "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Həsən Raqub oğlu Əkbərov 1997-ci il sentyabrın 20-də Yevlax rayonunda anadan olmuşdur.2003-2014-cü illərdə orta təhsilini başa vurub. 2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Hərbi xidməti
Həsən Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həsən Əkbərov 27 sentyabr Kəlbəcər rayonu ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) - "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
Aqil Mətləb oğlu Quliyev 3 dekabr 2000-ci ildə Bərdə şəhərində anadan olmuşdur.Əslən Ağdam rayonunun Seyidli kəndindəndir. Orta təhsilini Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə təhsil almışdır.2018-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Aqil Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli,Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərində iştirak etmişdir. 11 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Süleyman Etibar oğlu Allahverdiyev 22 sentyabr 1996-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Xıdırlı kəndindəndir.
2002 ci ildə Bərdə rayonunda yerləşən Ağdam 67 saylı köçkün məktəbinə daxil olub. 2014-cu ildə orta məktəbi bitirib. Hərbi xidmətə yola düşüb. Aprel döyüşlərində iştirak edib.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Süleyman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
Mehman Nəriman oğlu Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qaldı.
Hərbi xidməti
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. Mehman Qənbərov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunmuşdur.
Təltifləri
(26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2010) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2015) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2020) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
(09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Nicat Aydın oğlu Həsənquliyev 1989-cu il dekabrın 9-da Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.
Hərbi xidməti
Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Həsənquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Həsənquliyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Surxay Zülfü oğlu Mehdiyev 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur.
Hərbi xidməti
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Surxay Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Surxay Mehdiyev oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub.
Təltifləri
(26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
Qərib Nəsib oğlu Balacayev 1997-ci ilin dekabr ayının 25-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Ağdam rayonun Mərzili kəndindən məcburi köçkün olaraq Beyləqan rayonunun Təzəkənd kəndində məskunlaşıb. 2005-ci ildə həmin kəntdə Milli Qəhrəman Əliheydər Məmmədov adına tam orta məktəbin I sinifinə qəbul olmuş və 2016-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.
Hərbi xidməti
2016-ci ilin iyul ayının 8-də hərbi xidmətə çağırılıb. Ağdam komissarlığı tərəfindən N saylı hərbi hissədə "Rabitə kəşfiyyatçısı" olaraq xidmət etmişdir. Hərbi xidməti 2018-ci ilin 8 yanvarında başa vurduqdan sonra özəl şirkətlərin birində çalışıb. Daha sonra işdən çıxaraq 2019-cu il 9 apreldə "N" saylı hərbi hissədə komandirin "Baş mexannik sürücüsü" kimi BMP idarə edib.
Azərbaycan Ordusunun əsgəri olan Qərib Balacayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli rayonu ətrafında gedən döyüşlərdə şəhid olmuş və 28 sentyabrda Beyləqan rayonun Təzəkənd kəndində dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)
Ramin Yasən oğlu Zeynalov 1 aprel 2000-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuşdur.Ramin Qarabağda döyüşlər başladığı ilk günlərdən döyüşlərə qatılmış və torpaqların azad olunmasında bir çox qəhrəmanlıqlar göstərmişdir.
Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə 20 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində qəhrəmancasına şəhid olmuşdur.Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə", " Vətən uğrunda", " Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Orxan Vaqif oğlu Dadaşov 1996-cı il fevralın 25-də Ağdam rayonunun Mirəşelli kəndində anadan olub.2002-ci ildə Bənövşələr kənd tam orta məktəbinin I sinifinə qəbul olmuş və 2013-cü ildə həmin məktəbin XI sinifini bitirmişdir.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Orxan Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Orxan Dadaşov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
Həmdəm Mayıl oğlu Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.
Hərbi xidməti
Həmdəm Ağayev 1993-1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.
Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı.
Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini - Qərargah rəisi vəzifəsində xidmət elədi.
Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmdəm Ağayev oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub.Bakıda II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmdəm Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
"İgidliyə görə" medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Hərbi xidmətlərə görə" medalı
"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Azərbaycan Silahlı Qüvvələri Veteranı" medal
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Elgün Heydər oğlu Sadıqov Ağdam rayonu Xındırstan kəndində 2000-ci ildə yanvarın 11-də anadan olmuşdur. 2006-cı ildə Elgün Sadıqov Ağdam rayon Xındırıstan kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 2017-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.2018-2019-cu illərdə həqiqi hərbi xidmətə olmuşdur. 15 aprel 2020-ci ildə müddətdən artiq hərbi xidmətə qəbul olunub və Ağdamda “N” saylı hərbi hissədə xidmət etmişdir.
Hərbi xidməti
Elğün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 23 oktyabrda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
Elçin Rövşən oğlu Quluyev 18 oktyabr 1992-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1998-2009-cu illərdə orta təhsil almışdır.
Hərbi xidməti
2009-cu ildə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.2010-cu ildə həqiqi hərbi xidmətini başa vurmuşdur.2017-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Elçin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 28 oktyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
28 oktyabr 2020-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Şükür Aslan oğlu Hacıyev 8 mart 2000-ci ildə Yevlax şəhərində anadan olmuşdur.Əslən Laçın rayonunun Budaqdərə kəndindəndir. Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlı döyüşlərində vuruşmuşdur. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
Rövşən Mehdi oğlu Mehdiyev 21 fevral 2000-ci ildə Ağdam rayonunun Suma kəndində anadan olmuşdur. Məcburi köçkün kimi Ağdam rayon Təzəkənd qəsəbəsində məskunlaşmışlar. 2006-cı ildə Mehdiyev Rövşən Ağdam rayon 106 saylı tam orta məktəbinin birinci sinfinə daxil olmuş və 2017-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.2018-2019-cu illərdə həqiqi hərbi xidmətə olmuşdur. 2020-ci ildən müddətli hərbi xidmətdə olmuşdur. 25 oktyabr 2020-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(18.12.2020) — "Cəsur" medalı (ölümündən sonra)
Murad Süleyman oğlu Vəliyev 1997-ci il fevral 11-də Biləcəri qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Bakı şəhəri S.Məmmədov adına 301 N-li tam orta məktəbin I sinfinə daxil olmuş və 2014-cü ildə həmin məktəbin XI sinifini bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Biznes Universitetində ali təhsil almışdır.2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır.
Hərbi xidməti
Azərbaycan Ordusunun əsgəri olan Murad Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murad Vəliyev sentyabrın 27-də şəhid olub. Biləcəri qəsəbəsində dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Sənan Rəhman oğlu Kərimov 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olmuşdur. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumuş və 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almişdır.
Hərbi xidməti
Sənan Kərimov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sənan Kərimov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Kərimov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2020) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(15.12.2020) — 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
Tural Rəfayıl oğlu Xudiyev 1998-ci il noyabrın 27-də Bakı şəhərində anadan olmuşdur.2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil oxumuş və 2016-cı ildə Azərbaycan Texniki Universitetinin (ATU) "Nəqliyyat və logistika" fakültəsinə qəbul olmuşdu. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmişdir.
Hərbi xidməti
Tural Xudiyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Tural Xudiyev, hərbi xidmətinin bitməsinə dörd gün qalmış 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Tural Xudiyev Vətən müharibəsi zamanı Kəlbəcərin, Suqovuşanın, Ağdərənin, Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. Daşaltı və digər istiqamətində gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardımın göstərilməsində, həmçinin döyüş meydanından təxliyə edilməsində fərqlənib. Tural Xudiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Xudiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
Elvin Azim oğlu İsizadə 2001-ci ildə sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbinin I sinifinə qəbul olmuşdur.Məktəbdə təhsil almaqla yanaşı Qaradağlı kənd Musiqi məktəbində tar musiqi aləti üzrə də təhsil almışdır. 2018-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.2018-ci ildə Ağdam Musiqi Kollecinə qəbul olmuşdur. 2019-cu ildə isə könüllü olaraq hərbi xidmətə gedib.
Hərbi xidməti
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
Mirrəhim Mirmehdi oğlu İsmayılov 1996-cı il sentyabr ayının 2-də Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. 2002-ci ildə Çəmənli kənd tam orta məktəbinin 1-ci sinifinə qəbul olmuş, 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 27 noyabr 2020-ci ildə Kəlbəcər rayonu ərazisində şəhid olmuş və Ağdam rayon Quzanlı qəsəbə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Təltifləri
15.12.2020 - "Vətən uğrunda" medalı (ölümündən sonra)
Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə 28 aprel 1992-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub.
Məhəmmədəli Məhəmmədəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib və Ağdamda gedən döyüşlərdə oktyabrın 10-u 2020-ci ildə şəhid olub .
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edildi.
Orxan Səfiyar oğlu Mönsümzadə 1993-cü il sentyabrın 17-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub.Əslən Kəlbəcər rayonundan idi.Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Topçu olan Orxan Mönsümzadə sentyabrın 28-də Ağdam istiqamətində şəhid olub.
Təltifləri:
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
Şəhid Əlizadə Elmin Samir oğlu 18 mart 2003-cü il tarixdə Mingəçevir şəhərində anadan olub.Əslən Ağdam rayonunun Paprəvənd kənd sakinidir. 2009-cu ilin sentyabr ayında 118 N-li Kəlbəcər məktəbində 1-ci sinfə gedib. İyul 2020-ci həmin məktəbin 11-ci sinfini qurtarıb. Ailəsi atası, anası və bacısından ibarətdir.1 aprel 2020-ci ildə hərbi xidmətə çağrılmışdır. Qubadlı uğrunda gedən döyuşlərdə iştirak etmişdir. 16 noyabr 2021-ci il tarixdə Laçın-Kəlbəcər istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Mingəçevir Şəhidlər xiyabanında dəfn olunmuşdur.
(27.12.2021) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
Şəhid Əliyeva Zərifə Qanboy qızı 27.03.1945-ci ildə Kəlbahüseynli kəndində anadan olmuşdur. 1952-ci ildə 1-ci sinifə getmişdir.1962-ci ildə Xındırıstan kənd tam orta məktəbini bitirmişdir. Ailə həyatı qurmamiş və evdar qadin olmuşdur.
Vətən müharibəsi zamanı mənzilinə düşən mərmi nəticəsində 07.10.2020-ci il tarixdə şəhid olmuşdur
Əliyev Sadiq Sahib oğlu: 18 yanvar 1993-cü ildə Ağdam rayonun Mərzili kəndində anadan olmuşdur.1999-cu ildə Bərdə rayonu Hacıbəyli kənd tam orta məktəbinin I sinifinə qəbul olmuş və 2010-cu ildə həmin məktəbin XI sinifini bitirmişdir.Ailədə bir bacı və bir qardaş olmuşlar.Sadiqin əmiləri Zakir və Sabir Əliyevlər Birinci Qarabağ müharibəsində iştirak etmiş və qəhrəmancasına şəhid olmuşlar. Digər əmisi Tahir İmran oğlu Əliyev isə Birinci Qarabağ müharibəsində itkin düşmüşdür. Sadiq Əliyev 28 oktyabr 2020-ci ildə Bərdə rayonuna atılan raket mərmisi nəticəsində şəhid olmuşdur.
Bərdə rayon Hacıbəyli kənd qəbirstanlığında dəfn edilmişdir.
Əsədov Sabit Usub oğlu:22 iyul 1981-ci ildə Ağdam rayonun Sırxəvənd kəndində anadan olmuşdur.1987-ci ildə Sırxəvənd kənd tam orta məktəbinin I sinifinə qəbul olmuşdur.1992-ci ildə Sırxəvənd kəndinin erməni ordusu tərəfindən işğalından sonra müvəqqəti olaraq Tərtər rayonun Şıxarx qəsəbəsində məskunlaşmışdır.Xırda ticarətlə məşqul olmuşdur.28 sentyabr 2020-ci ildə Şıxarx qəsəbəsinə düşən top mərmisi nəticəsində şəhid olmuşdur.Ailəli idi. Bir oğlu və iki qızı yadigar qalib.
Hüseynov Gündüz Taryel oğlu: 08 yanvar 1974-cü ildə Ağdam rayonun Çəmənli kəndində anadan olmuşdur.1981-ci ildə Çəmənli kənd tam orta məktəbinin I sinifinə qəbul olmuş və 1991-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.1991-ci ildə Gəncə Dövlət Unveristetinin Qida Məhsullarının Texnologiya fakultəsinə daxil olmuş və 2001-ci ildə həmin fakultəni bitirmişdir.11 oktyabr 2020-ci ildə Çəmənli kəndinə düşən top mərmisi nəticəsində şəhid olmuşdur. Ağdam rayon Çəmənli kənd qəbirstanlığında dəfn edilmişdir.Ailəli idi.Bir qızı və iki oğlu yadıgar qalıb.
Hüseynova Gülşən Mehrab qızı: 07 yanvar 1972-cü ildə Ağdam rayonunda anadan olmuşdur.1979-ci ildə Ağdam rayon 8 nömrəli tam orta məktəbin I sinifinə qəbul olmuş və 1989-ci ildə həmin məktəbin X sinifini bitirmişdir. Rayonun işğalından sonra Birinci Dördyol qəsəbəsində müvəqqəti məskunlaşmışdır.28 sentyabr 2020-ci ildə qəsəbəyə düşən top mərmisi nəticəsində şəhid olmuşdur.Bərdə rayon Seyid Yusifli kənd qəbirstanlığında dəfn edilmişdir.Ailəli idi.
İsmayılov Vasif Vaqif oğlu: 08 dekabr 1990-cı ildə Ağdam rayonunda anadan olmuşdur.1996-cı ildə Bərdə rayon Alı Mustafayev adına 5 nömrəli tam orta məktbin I sinifinə qəbul olmuş və 2006-cı ildə həmin məktəbin IX sinifini bitirmişdir.2006-cı ildə Bərdə Dövlət İdarəetmə və Texnalogiya Kollecinə daxil olmuş və 2009-cu ildə həmin kolleci bitirmişdir.2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.2013-2014-cu illərdə özəl Mühafizə Xidmətində işləmişdir.28 oktyabr 2020-ci ildə Bərdə rayonuna atılan raket mərmisi nəticəsində şəhid olmuşdur.Atası Vaqif İsmayılovda Birinci Qarabağ müharibəsində şəhid olmuşdur.Vasif İsmayılov Bərdə rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhid Məmmədov Samir Mürşüd oğlu 15.04.1996-cı ildə Əfətli kəndində anadan olub.
2003-cü ildə Azər Quliyev adına Hacıməmmədli kənd tam orta məktəbin birinci sinifinə gedib. 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirib. Fərdi təsərrufatla məşğul olub. 1 oktyabr 2020-ci ildə şəhid olub.
Şəhid Məmmədov Mürşüd Rəşid oğlu16.03.1966-cı ildə Ağdam rayonunun Əfətli kəndində anadan olub. 1973-cü ildə Əfətli kənd ota məktəbin 1-ci sinifinə gedib. 1981-ci ildə 8-ci sinifini bitirib. Fərdi təsərfatla məşğul olub. 1 oktyabır 2020-ci ildə şəhid olub.
Paşayev Çoşqun Ənvər oğlu: 1979-cu ildə Ağdam rayonunun Evoğlu kəndində anadan olmuşdur.1986-cı ildə Evoğlu kənd tam orta məktəbinin I sinifinə qəbul olmuş və 1996-ci ildə həmin məktəbin XI sinifini bitirmişdir.28 sentyabr 2020-ci ildə şəhid olmuş və Evoğlu kənd qəbirstanlığında dəfn edilmişdir.Ailəli idi.2 övladı yadigar qalib.Oğlu Paşayev Sadiq Çoşqun oğlu Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecində hal-hazırda təhsil alır.
Rəhimov Eyvaz Musa oğlu :07 iyul 1954-cü ildə Ağdam rayonunda anadan olmuşdur.1961-ci ildə Ağdam rayon S.Bayramov adına 1 nömrəli tam orta məktəbin I sinifinə qəbul olmuş və 1971-ci ildə həmin məktəbin X sinifini bitirmişdir.1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.Rayonun işğalından sonra Səfərli qəsəbəsində müvəqqəti məskunlaşmışdır.28 sentyabr 2020-ci ildə qəsəbəyə düşən top mərmisi nəticəsində şəhid olmuşdur.Ağdam rayon Quzanlı qəsəbə qəbirstanlığında dəfn edilmişdir.Ailəli idi.
Sarıyev Elməddin Hümbət oğlu 05 mart 1997-ci ildə Ağdam rayonun Qaradağlı kəndində anadan olmuşdur.Əslən Laçın rayonundan idi.2003-cü ildə Qaradağlı kənd tam orta məkətbinin I sinifinə qəbul olmuş və 2012-cü ildə həmin məktəbin IX sinifini bitirmişdir. Kənd təssərüfatı və heyvandarlıqla məşqul olmuşdur.29 sentyabr 2020-ci ildə Qaradağlı kəndinə düşən top mərmisi nəticəsində şəhid olmuşdur.Ağdam rayon Qaradağlı kənd qəbirstanlığında dəfn edilmişdir.Anası Sarıyeva Gülnar Mahal qızı oğlunu ölümünə dözməmiş və vəfat etmişdir. Subay idi.
Mülki Şəhid Hüseynov Bayram Akif oğlu 23 iyul 1987-ci ildə Ağdam rayonu Yusifcanlı kəndində anadan olub. 1993-cü ildə Ağdam rayonunun Əfətli kəndində məcburi köçkün kimi məskunlaşmışdır. Hüseynov Bayram Akif oğlu 2021-ci ildə mart ayının 16-sı İlaxır çərşənbəsi günü Ağdama gedib bayram tonqalını öz doğma kəndləri olan Yusifcanlı kəndində yandırmaq istəyən zaman mənfur erməni düşmənlərinin basdırdığı minaya düşərək Şəhid olmuşdur.
Mülki Şəhid Hüseynov Razi Akif oğlu 28 dekabr 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1993-cü ildə Ağdam rayonunun Əfətli kəndində məcburi köçkün kimi məskunlaşmışdır. Hüseynov Razi Akif oğlu 2021-ci ildə mart ayının 16-sı İlaxır çərşənbəsi günü Ağdama gedib bayram tonqalını öz doğma kəndləri olan Yusifcanlı kəndində yandırmaq istəyən zaman mənfur erməni düşmənlərinin basdırdığı minaya düşərək Şəhid olmuşdur.