Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Kommunal Müəssisələri Kombinatı

  Ağdam Kommunal Müəssisələri Kombinatı dövlət mülkiyyəti əsasında yaradılıb, özünün adı olan möhürü, ştampı, müstəqil balansı, respublikanın banklarında hesablaşma hesabı və digər hesabları ola bilən hüquqi şəxsdir.

Ağdam  Kommunal Müəssisələri Kombinatı təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərir, öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının sərəncamlarını və bu Əsasnaməni əldə rəhbər tutur.

Ağdam  Kommmunal Müəssisələri Kombinatı  Ağdam Rayon İcra Hakimiyyətinə  tabedir.

Ağdam  Kommunal Müəssisələri Kombinatı: Ağdam rayonu, Quzanlı qəsəbəsi H.əliyev pr yerləşir.

Ağdam l Kommunal Müəssisələri Kombinatı gördüyü işlərə, göstərdiyi xidmətlərə və istehsal etdiyi məhsula

olan tələbatdan Ağdam  Kommunal Müəssisələri Kombinatı genişlənməsinə, sosial inkişafına dair tədbirlərinin təminatından işçilərin şəxsi gəlirlərinin yüksəldilməsi zərurətindən çıxış edərək öz fəaliyyətini müstəqil planlaşdırır və inkişaf prespektivlərini müəyyən edir.

Planların əsasını istehsal olunan məhsulun, görülən işlərin və göstərilən xidmətlərin istehlakçıları və maddi-texniki ehtiyatlarının tədarükçüləri ilə bağlanmış müqavilələr təşkil edir.

Ağdam Kommunal Müəssisələri Kombinatının faaliyyat predmeti aşağıdakılardır:

  • Ağdam Kominal Müəssisələri Kombinatının rəhbərliyinin Ağdam rayon İcra hakimiyyətinə müraciəti əsasında Kombinatının xidmət gösdərdiyi ərazilərin təmizlənməsi və yaşıllıqlara qulluq rdilməsinin təmin oıunması məqsədilə yerli icra Hakimmiyəti haqqında əsasnamənin 4.9.3.maddəsini əsas tutaraq Ağdam rayonunun Quzanlı qəsəbəsi  İmamqulubəyli kəndi Xındırısdan kəndi və Eyvazlı kəndi ərazisində cəmi yaşıllıq sahəsi üzrə 39.58 ha süpürülən ərazilər üzrə isə 206950 kvadrat metr sahədə Ağdam rayon Kommunal  Müəssisələri Kombinatı təmizslik  işlərinin görülməsinivə yaşıllıqlara qulluq edilməsini təmin edir.
  • Ağdam Kommunal Müəssisələri Kombinatı qanunvericiliklə qadağan olunmamış digər növ fəaliyyətlə də məşğul ola bilər.   

Ağdam  Kommunal Müəssisələri Kombinatının məsul şəxsləri

S/S Vəzifəsi Adı, Soyadı, Ata adı Əlaqə nömrəsi

1. Rəis Mehdiyev Fəzail
Bəhmən oğlu

050-227-17-51

2. Müavin Şahverdiyev Elman

Göyüş oğlu

050 – 489 – 69 -58

Qəbul günləri : Həftənin I – V günləri saat:09:00-dan 12:00-kimi
e-poçt : humbetov58@imbox.ru
iş günləri: həftənin 6 günü saat 09:00-dan 18:00 kimi
saat 13:00 - !4:00 fasilə

Keçidlər