Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənov Vaqif Bəhram oğlu - Ağdam rayon İcra Hakimiyyətinin başçısı

Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix , 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnistitutunun Politologiya , 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı yataqlarının işlənməsi, Neft Qaz yataqlarının işlənməsi və istismarı fakultələrini bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin elektrik çilingər, 1987-1989-cu illərdə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmişdir. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə.Ç.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Keçidlər