Zəfər Günü ərəfəsində Vətən Müharibəsi Qəhrəmanının ailəsi ziyarət edilib
07 noyabr 2022 | 07:39
Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, Şuşa fatehi Yaşar Hüseynovun ailəsini ziyarət ediblər. Ziyarətçilər qəhrəmanın ailə üzvləri ilə görüşüb, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıblar. Görüşdə şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının daim dövlətin qayğısı ilə əhatə olunduğu vurğulanıb. Qəhrəmanın yaxınları onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.