Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib

28 oktyabr 2024 | 14:00
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, 18-28 oktyabr tarixlərini əhatə edən aksiya çərçivəsində ümumilikdə rayon ərazisində 10600 ədəd müxtəliv növ ağac əkilmişdir.
Keçidlər