Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Qənbərov Mehman Nəriman oğlunun doğum günündə xatirəsi anılıb

27 may 2022 | 18:09
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.
Daha sonra məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərib. Mehman Qənbərov Sentyabrın 30-da Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Şəhid Mehman Qənbərov aşağıdakı orden və medallarla təltif olunmuşdur.
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
"Qarabağ" ordeni (ölümündən sonra)
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Keçidlər