Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Mahmudov Elçin Cəmil oğlunun doğum günündə xatirəsi anılıb

07 iyun 2022 | 15:25
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Mahmudov 2 oktyabr 2020-ci il tarixdə Füzuli rayonun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
"Vətən uğrunda" medalı (ölümündən sonra)
" Füzulinin azad olunmasına görə " medalı (ölümündən sonra)
"Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra
Keçidlər