Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi İsmayılov Mirrəhim Mirmehdi oğlunun doğum günündə xatirəsi anılıb

08 iyun 2022 | 17:28
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.
Daha sonra məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Mirrəhim İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı cəbhənin Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mirrəhim İsmayılov Suqovuşan uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Cəsur döyüşçü" medalı (ölümündən sonra)
"Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Keçidlər