Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda dərin ehtiramla yad edilib
12 dekabr 2022-ci il tarixdə Ağdam rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar xatirəsi anılıb. Anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov və xidmətin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ,ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. İştirakçılar Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiramlarını ifadə ediblər.