Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda dərin ehtiramla yad edilmişdir

12 dekabr 2023 | 17:30

12 dekabr 2023-cü il tarixdə Ağdam rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar xatirəsi anılıb. Anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. İştirakçılar səhər saatlarından başlayaraq Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiramlarını ifadə ediblər.

Keçidlər