Şriftin ölçüsü :

Saytın rəngi :

“Şur” ansamblının 70 illik yubileyi təntənəli şəkildə qeyd edilib

16 fevral 2024 | 12:45

15 fevral 2024-cü il tarixdə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şur” ansamblının 70 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, Ağdam rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ansamblın solistləri iştirak etmişlər. Çıxış edən natiqlər “Şur” ansamblının yaranmasından, 70 illik fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinə, muğam sənətinin inkişafına verdiyi böyük töhfələrdən söhbət açmışlar. Ansamblın solistlərinin və xor kollektivinin ifasında muğamlar, xalq mahnıları və təsniflərdən ibarət möhtəşəm konsert proqramı dinləyicilərə təqdim edilib.

Keçidlər