Şəhid Əliyev Natiq Süleyman oğlunun 40 mərasimi keçirilib
09 iyun 2024-cü il tarixdə Maqsudlu kənd sakini, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, şəhid Əliyev Natiq Süleyman oğlunun Sabunçu rayonu Günəş mərasim evində 40 mərasimi keçirilib. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər. RİH başçısı Vaqif Həsənov şəhid Natiq Əliyevin doğmalarına dərin hüznlə başsağlığı verərək, ona Allahdan rəhmət diləyib. Bildirib ki, xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhidlərini unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik vətən həsrətinə son qoyulub. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.