RİH başçısı Vaqif Həsənov Müəllimlər Günündə şəhid müəllimlərin ailələrini ziyarət edib
05 oktyabr 2026 | 17:52
05.10.2026-cı il tarixində Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş müəllimlərin ailə üzvləri Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən ziyarət olunub.
Ziyarət zamanı şəhid müəllimlər – Qənbərov Mədət Əzim oğlu və Vəliyev Vüqar Emin oğlunun Vətənimizin ərazi bütövlüyü və müqəddəs amal uğrunda canlarından keçdikləri, onların qəhrəmanlıqlarının Azərbaycan xalqının yaddaşında daim yaşayacağı qeyd olunub.
Görüşdə şəhidlərimizin şərəfli döyüş yolu xatırlanıb, onların göstərdikləri igidlik və qəhrəmanlıqlardan bəhs edilib. Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






