Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunda vətəndaşları qəbul edib
20 iyun 2025 | 17:50
20 iyun 2025-ci il tarixində Ağdam Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Goranboy, Laçın, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edib . Qəbuldan öncə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirmişlər.






