Quzanlı qəsəbəsində Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xidmət Mərkəzi fəaliyyətə başlayıb
30 oktyabr 2024 | 14:49
30 oktyabr 2024-cü il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov mərkəzin fəaliyyəti ilə tanış olublar. Mərkəzdə vergi ödəyicilərinə müvafiq xidmət göstərilməsi üçün lazımi şərait yaradılmışdır.