Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
18 iyul 2024 | 12:32
18 iyul 2024-cü il tarixində Ağdam Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ağdam,Bərdə,Ağcabədi,Tərtər və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Qəbuldan öncə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirmişlər.