Qarabağ suvarma kanalının yenidən qurulması üzrə 5-ci onlayn konfrans keçirilib
26 oktyabr 2026 | 15:33
Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanmışdır.
Sərəncamdan irəli gələn məsələlərin icrasını vaxtında təmin etmək, görüləcək işlərin həyata keçirilməsini sürətləndirmək və bu sahədə ardıcıl iş aparılmasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədri tərəfindən 2024-cü il 17 iyul tarixində müvafiq İşçi qrupun yaradılmasına dair Əmr imzalanmışdır.
İşçi qrupun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun iştirakı ilə 26 oktyabr 2026-cı il tarixində 5-ci onlayn konfrans keçirilmişdir. Onlayn konfransda Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun müdiri-şöbə müdirinin müavini Abduləli Mehdiyev iştirak etmişdir.
Konfransda cari və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə müzakirələrin aparılması, yaranan çətinliklərin aradan qaldırılması istiqamətdə tapşırıqların verilməsi və digər məsələlər müzakirə edilmişdir.






