Şriftin ölçüsü :

Saytın rəngi :

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

04 may 2024 | 19:39

04 may 2024-cü il tarixdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Ağdam Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Elm və Təhsil nazirinin müavini İdris İsayev, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon Musiqi kollecinin müəllim və tələbə heyəti, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin gedişində Respublikanın əməkdar artistləri Fehruz Səxavətin, Xəyyam Məmmədovun, Kamran Kərimovun, Əliağa Sədiyevin, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir. Konsert proqramının sonunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirmişdir.

Keçidlər