Milli Məclisin deputatı Bəxtiyar Əliyev İkinci Alıbəyli qəəsbəsində seçiciləri ilə görüşüb
16 may 2026-cı il tarixdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində seçiciləri ilə görüşüb. Görüşdə iştirak edən vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı qeyd olunub. Görüşdən sonra Bəxtiyar Əliyev Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov və YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyevlə birlikdə işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində sol ayağı amputasiya olunan İkinci Alıbəyli qəsəbə sakini Abbasov Ceyhun Firdovsi oğlunu yaşadığı evdə ziyarət edib, müalicəsinin gedişi ilə maraqlanıblar. Ceyhun Abbasov və onun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






