Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri Anar Kərimov Ağdamda vətəndaşları qəbul edib

27 may 2022 | 11:40
2022-ci ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov mayın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri ilə görüşüb.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
Daha sonra mədəniyyət naziri Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirib. Nazir rəqs zalı, kompüter otağı, elektron kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas zalının mövcud olduğu mərkəzdə, həmçinin 3D kino zalı, konfrans zalı, rəqs studiyası, kompüter və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlarla tanış olub.
Vətəndaşların qəbulundan sonra mədəniyyət naziri Anar Kərimov və Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “Şur” ansamblının yaranmasının 70 illiyi münasibətilə Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak ediblər. Tədbirdə “Şur” ansamblının istedadlı ifaçıları tərəfindən ifa olunan müxtəlif növ musiqili kompozisiyalar dinlənilmişdir. Tədbirin sonunda mədəniyyət naziri Anar Kərimov və Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “Şur” ansamblının üzvləri ilə görüşərək onları “Şur” ansamblının yaranmasının 70 illiyi münasibətilə təbrik etmişlər.
Keçidlər