Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət naziri Adil Kərimli Ağdam rayonunda vətəndaşları qəbul edib

29 noyabr 2025 | 14:39
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Ağdam rayonunda (Quzanlı qəsəbəsi) vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən və nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.
Keçidlər