Gənclər və idman naziri Ağdam rayonunda vətəndaşları qəbul edib
04 dekabr 2024 | 15:42
04 dekabr 2024-cü il tarixində Ağdam Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Qəbuldan öncə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirmişlər.