Gəncə Apellyasiya Məhkəməsinin sədri Ağdamda vətəndaşları qəbul edib
07 oktyabr 2022 | 19:01
07 oktyabr 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov Ağdam rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər.
Ağdam Rayon Məhkəməsinin inzibati binasında baş tutan qəbulda vətəndaşlar ayrı-ayrılıqda qəbul edilərək dinlənilmişdir.