Ergi qəsəbəsinə gedən yola asfalt örtüyü döşənir
29 dekabr 2025 | 09:10
Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə rayonun Ergi qəsəbəsinə gedən yolda əsaslı təmir işləri aparılır. Yolun uzunluğu 5.0 km olan hissəsinə asfalt örtüyü döşənir.






