Elm və Təhsil nazirinin müavini Ağdamda vətəndaşları qəbul edib
23 dekabr 2023 | 07:43
22 dekabr 2023-cü il tarixdə Elm və Təhsil nazirinin müavini Həsən Həsənli Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və nazir müavini Həsən Həsənli Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər.