Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edib

14 aprel 2026 | 17:39

14 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib. Ağdam Rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbuldan öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirmişlər.

Keçidlər