Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Novruzov Əsəddin Curu oğlunun Mingəçevirdə dəfn mərasimi baş tutub

27 may 2025 | 17:33
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Novruzov Əsəddin Curu oğlunun Mingəçevir şəhərində dəfn mərasimi baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, millət vəkili Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra şəhid Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Novruzov Əsəddin Curu oğlu 15.10.1939-cu il tarixdə Ağdam rayonunun Baş Güney kəndində anadan olub. 12.03.1992-ci il tarixdə Baş Güney kəndi ərazisində itkin düşmüşdür.
Keçidlər