Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Hüseynov Rafiq Hüseyn oğlunun dəfn mərasimi baş tutub
20 fevral 2026 | 16:21
20.02.2026-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Hüseynov Rafiq Hüseyn oğlunun dəfn mərasimi baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra şəhid Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Hüseynov Rafiq Hüseyn oğlu 16 aprel 1974-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. O, 15 iyun 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.






