Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi İdris Hümbətovun anım günü münasibətilə məzarı ziyarət edilib

19 iyul 2026 | 19:12

Birinci Qarabağ müharibəsi şəhidi İdris Hümbətovun anım günü münasibətilə doğulduğu Əliağalı kəndində olan məzarı ziyarət edilib. Ziyarətdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad olunub. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər şəhidin həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs ediblər. Şəhidin ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər