Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağdamda vətəndaşları qəbul edib

21 iyul 2023 | 17:32

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 21 iyul 2023-cü il tarixdə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağdam rayonunda Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər.

Keçidlər