Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anım günü münasibətilə məzarı ziyarət edilib

03 iyul 2026 | 17:02

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anım günü münasibətilə məzarı ziyarət edilib. Ziyarətdə Ağdam Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri və qazilər iştirak ediblər. Ziyarət zamanı qəhrəmanın məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad olunub. Çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs ediblər. Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər