Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fəxriyyə xanım Xələfova Ağdam rayonunda səfərdə olmuşdur

11 avqust 2022 | 20:31
10 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fəxriyyə xanım Xələfova Ağdam rayonunda səfərdə olmuşdur. Rayona səfəri zamanı Fəxriyyə xanım Xələfova XVIII əsrə aid olan Şahbulaq qalasında Xurşidbanu Nətavan filminin ilk çəkilişində Natəvan roluna çəkilmişdir. Fəxriyyə xanım Azərbaycan qadının bədii zövqünün formalaşmasında, parlaq istedada və qabaqcıl ideyalara malik olan Xurşudbanu Natəvan obrazını uğurla canlandırmışdır.
11.08.2022-ci il tarixdə Fəxriyyə Xələfova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla birlikdə Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində olmuş, Ağdam Şahbulaq qalasının 1980-ci ilə aid eskiz layihəsini Ağdam Rayon Heydər Əliyev Mərkəzinə hədiyyə etmişdir.Qalanın eskiz layihəsinin müzakirəsi zamanı Fəxriyə xanım Qarabağ müsəlman arxitekturasına aid olan kümbəzin işğal dövründə erməni vandalları tərəfindən silinərək özlərinə məxsus formaya salındığını bildirmişdir.
Eyni zamanda Fəxriyyə Xələfova qeyd etmişdir ki, çox yaxın vaxtlarda Cənab Prezidentin tapşırığına əsasən Şahbulaq qalası təmir olunaraq əvvəlki formasına qaytarılacaqdır.
Keçidlər