Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib
22 yanvar 2026 | 17:19
22 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Anar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzmüş, ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağdam və Tərtər rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.
Nazir Anar Əliyev və RİH başçısı Vaqif Həsənov özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayon sakinləri Ülvi İdriszadə və Esmira Rzayeva üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.






