Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamının 8.4.7-ci bəndinin icrası ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib
25 dekabr 2024 | 15:25
Azərbaycan Respublikasında Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamının 8.4.7-ci bəndinin (Ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin görülməsi) icrası ilə əlaqədar rayonun Heydər Əliyev Mərkəzində ahıl şəxslərin cəmiyyətə inteqrasiyası, cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakı, ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə olunması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə görüş keçirilmişdir.
Görüşlərdə ahılların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarından, onlara ehtiram göstərməyin yüksək insani keyfiyyət olmasından bəhs edilmişdir. Bununla yanaşı, yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək barədə, o cümlədən onların nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından zəruri xidmətlərindən söz açılmışdır.