Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu Ekoloji Tədqiqatlar və Elmi Araşdırmalar (Qarabağ) şöbəsinin işçiləri ilə görüş keçirilmişdir

23 fevral 2023 | 12:09

23 fevral 2023-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov və həmin Agentliyin kadrlar şöbəsinin rəisi Mahir Cəfərov Ağdam rayonu Xındırıstan kəndində yerləşən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu Ekoloji Tədqiqatlar və Elmi Araşdırmalar (Qarabağ) şöbəsinin işçiləri ilə görüş keçirmişdir. Görüş zamanı şöbənin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Sonda şöbənin gələcək fəaliyyəti barədə şöbənin rəhbərliyinə müvafiq tapşırıq və göstərişlər verilmişdir.

Keçidlər