Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağdamda vətəndaşları qəbul edib

30 may 2025 | 17:42

30 may 2025-ci il tarixdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan sakinləri qəbul edib. Qəbuldan öncə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirmişlər.

Keçidlər