Antiterror əməliyyatı zamanı şəhid olan mayor Nəcəfi Elxanın anası Nəcəfi Afətin məzarı ziyarət olunub
18 avqust 2025 | 12:20
18 avqust 2025-ci il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsində Antiterror əməliyyatı zamanı şəhid olan mayor Nəcəfi Elxanın anası Nəcəfi Afətin məzarı ziyarət olunub. Ziyarətdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Ağdam və Suraxanı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı Nəcəfi Afətin və şəhidlərin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.
Qeyd edək ki, Nəcəfi Elxan Şükür oğlu 1986-ci ildə Ağdam rayonununYusifcanlı kəndində anadan olub.
Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Nəcəfi Elxan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla 3-cü dərəcəli “Rəşadət” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Elxan Nəcəfinin atası Şükür Nəcəfi isə Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə şəhidlik zirvəsinə ucalıb.






