Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam rayonunda vətəndaşları qəbul edib
10 fevral 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam rayonunda Ağdam, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər. Ağdam Rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar ayrı-ayrılıqda qəbul edilərək dinlənilmişdir. Qəbuldan sonra RİH başçısı Vaqif Həsənov və Komitə sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilməkdə olan yeni binasında olmuş, tikinti işlərinin gedişatı ilə yaxından maraqlanmışlar.