Ağdamdan olan bir qrup ziyalı rayonun işğaldan azad edilmiş ərazilərinə səfər edib
15 iyun 2022 | 16:21
“15 İyun - Milli Qurtuluş Günü” ndə Ağdam rayonundan olan bir qrup ziyalı rayonun işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səfər çərçivəsində qonaqlar rayonun bir sıra yerlərinə baş çəkmiş, erməni vandalizmi nəticəsində dağıdılmış qəbiristanlıqları, tarixi binaları, mədəniyyət abidələrini ziyarət etmişlər. Eyni zamanda qonaqlar işğaldan sonra rayon ərazisində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri ilə tanış olmuşlar.
Səfər başa çatdıqdan sonra qonaqlar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüş və ətraflı fikir mübadiləsi aparmışlar.