Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbir keçirilmişdir

07 fevral 2025 | 11:47

Ağdamda “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın “Sement, əhəng və yol tikintisi işləri üçün yararlı olan tullantılardan səmərəli istifadəyə dair təkliflər hazırlanması” bəndinin icrası ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Tapşırığa uyğun olaraq Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, rayonda bu istiqamətdə fəaliyyət göstərən “41 nömrəli Yol İstismar İdarəsi” MMC-nin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə yığıncaq keçirilmişdir. Tədbir zamanı müxtəlif təkliflər səsləndirilmiş, iştirakçılar tərəfindən təqdim edilmiş təkliflər əsasında Ağdam rayonunun ərazisində əlverişli hidrogeoekoloji şəraitdə yerləşən və ehtiyatı müvafiq qaydada təsdiq edilmiş ”Xaçınçay” və “Qarqarçay” qum-çınqıl yatağının, eləcə də rayonun işğaldan azad edilmiş ərazilərində yerləşən Şahbulaq və Şelli daş karxanalarında yol tikinti işləri üçün yararlı olan çınqıl tullantılarından və əhəng daşı qırıntılarından istifadə etməklə rayonun inzibati ərazisində yeni yol infrastrukturunun tikintisi, təmir-bərpası işlərinin həyata keçirilməsinin mümkünlüyü bildirilmiş və bu sahədə işlərin uğurla aparıldığı qeyd edilmişdir.

Keçidlər