Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib

25 oktyabr 2022 | 19:39
25 oktyabr 2022-ci il tarixdə Ağdam Muğam Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib.
Konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası mərkəzi aparatının məsul əməkdaşı Elmar Məmmədov, idarə heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini, “Şəhidlər” abidə kompleksini və Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını ifadə etmişlər.
Ağdam Muğam Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən natiqlər Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının xilaskarı Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda, Yeni Azərbaycan Partiyasının 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs etmişlər.
Tədbirin sonunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzası ilə Vətən müharibəsi şəhidi İsizadə Elvin Azim oğlunun təltif olunduğu (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı şəhidin atası Azim Quliyevə təqdim edilmiş, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup YAP fəalına “Təşəkkürnamə”lər, partiya sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri verilib.
Keçidlər