Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

21 noyabr 2026 | 18:55

Ağdam rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib. Aksiyada RİH başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, Ərazi-partiya təşkilatlarının sədrləri və YAP fəalları iştirak etmişlər. Aksiya çərçivəsində yaşıllıqlar salınan ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib, onlara aqrotexniki qaydada qulluq göstərilib. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Keçidlər