Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici görüş keçirilib

23 aprel 2024 | 17:41

2024-cü ildə Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı 23 aprel 2024-cü il tarixdə Ağdam rayonunda müşavirə keçirilib. Müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Oqtay Şahmurov və idarənin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər. Müşavirədə Sərəncamın icrası ilə bağlı rayonda həyata keçirilən tədbirlərdən danışılıb, növbəti aylarda görüləcək işlər barədə ətraflı məlumat verilib.

Keçidlər